Zimbabve prezidenti “Rio-2016”-da iştirak edən idmançıların hamısını həbs etdirib

28-08-2016, 19:54           

Zimbabvenin “Rio-2016” Olimpiya Oyunlarında iştirak edən komandasının bütün üzvləri həbs edilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 31 idmançı Zimbabve prezidenti Robert Muqabe əmri əsasında həbs ediliblər.

R. Muqabenin qəzəblənməsinin səbəbi isə idmançıların “Rio-2016” Olimpiya Oyunlarında heç bir medal qazana bilməmələri olub. Zimbabve prezidenti deyib ki, onlar atlet deyil, siçandırlar: “Əgər qonşu Botsvan idmançıları kimi 4-cü, 5-ci yeri belə tuta bilmirsinizsə, pulumuzu boş yerə xərcləmisiniz. İdmançılara sərf edilən pula a məktəb tikmək, yaxud əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi. Həmin idmançılar onlara xərclənən pulları geri qaytaracaqlar. Belə hesab edək ki, hökumət onlara Braziliyanı 1 turist kimi gəzmək üçün kredit ayırdı. Hər halda, o idmançılar bundan başqa heç nəyə yaramadılar. Bu proses 10 il də davam etsə, o idmançılar xərclənmiş pulu geri qaytaracaqlar”.

Qeyd edək ki, Zimbabve atletlərinin ən yaxşı nəticəsi 8-ci yer olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru