Şimali Koreya ordusu "səhvən" Koreyalararası sərhədi keçib - Yonhap

11-06-2024, 12:46           
Şimali Koreya ordusu "səhvən" Koreyalararası sərhədi keçib - Yonhap
Bir qrup Şimali Koreya əsgəri iyunun 9-da "təsadüfən" hərbi demarkasiya xəttini qısaca keçib və xəbərdarlıq atəşi açıldıqdan sonra öz ərazilərinə qayıdıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi iyunun 9-da yerli vaxtla təxminən saat 12:30-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) 20-yə yaxın hərbi qulluqçusunun demilitarizasiya zonasının mərkəzi hissəsində demarkasiya xəttini pozması barədə məlumat yayıb. Cənubi Koreya tərəfi texnikadan istifadə edərək xəbərdarlıq elan edib, sonra isə xəbərdarlıq atəşi açıb. Bundan sonra KXDR hərbçiləri öz ərazilərinə qayıdıblar. Cənubi Koreyada “qeyri-adi davranış” əlamətləri görünməyib.

Komitə rəsmisi Li Sunq-cun qeyd etdiyi kimi, Seul KXDR hərbçilərinin qəsdən sərhədi keçdiyinə inanmır. Onun sözlərinə görə, ərazidəki çoxsaylı kol-kos və qalın otlar demarkasiya xəttini qeyd edən nişanlara diqqət yetirməyi çətinləşdirir.

May ayının sonundan bəri Cənubi Koreyalı fəalların vərəqələr atan hərəkətlərinə cavab olaraq KXDR-dən bir neçə dəfə zibil torbaları buraxılıb. Koreya Respublikası iyun ayında Pxenyanın altı aydır əməl etmədiyi hərbi gərginliyin azaldılması ilə bağlı razılaşmaya bir daha əməl etməyəcəyini açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.