ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanıb

14-06-2024, 12:25           
ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanıb
ABŞ və Ukrayna dövlətləri arasında təhlükəsizlik sazişi imzalanıb.

“Report” xəbər verir ki, İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə birlikdə təhlükəsizlik sazişinə qol çəkib.

Mərasim “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində baş tutub.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-Ukrayna təhlükəsizlik sazişi 10 il müddətinə bağlanacaq:

“Sadə dillə desək, bu o deməkdir ki, biz Ukraynanı növbəti 10 il ərzində müdafiəsini gücləndirməkdə dəstəkləyəcəyik”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru