İtaliya Ukraynaya hərbi yardım göstərəcək

10-07-2024, 12:06           
İtaliya Ukraynaya hərbi yardım göstərəcək
Roma Kiyevə hərbi yardımı artırmalıdır, bu baş tutsa, yardımın ümumi məbləği ildə 1,7 milyard avroya çatacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzetində məlumat verilib.

Nəşr qeyd edir ki, Baş nazir Corc Meloni NATO-nun Vaşinqtonda açılan sammitində bu cür öhdəlikləri üzərinə götürə bilər.

Qəzetin yazdığına görə, İtaliyanın kifayət qədər vəsaiti yoxdur, buna görə də Roma çərçivənin sərt və məcburi olmaması üçün çalışır və eyni zamanda Aİ-dən milli iqtisadiyyatlar üçün tələblər qoyan sabitlik paktının daha çevik şərtlərini axtarır.

Nəşr yazır ki, indiyədək İtaliyanın Ukraynaya yardımı ildə təxminən 1,2 milyard avro qiymətləndirilirdi; bu məbləğin 400 milyon avrodan çox artırılması müəyyən çətinliklər yaradır.

Digər tərəfdən, qəzet qeyd edir ki, Meloni ABŞdə prezident seçkilərində Donald Trampın mümkün qələbəsini nəzərə alaraq, hərbi xərcləri artırmalıdır.

Eyni zamanda, Roma çoxdan bəyan edib ki, hərbi xərclərin ÜDM-in 2%-nə qədər artırılması ilə bağlı əvvəllər götürülmüş öhdəliyə 2028-ci ildən əvvəl nail olmaq mümkün deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.