Rusiya KTMT-nin BMT əməliyyatlarına qoşulmasını istəyir

20-07-2024, 15:54           
Rusiya KTMT-nin BMT əməliyyatlarına qoşulmasını istəyir
"Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) BMT-nin sülhməramlı əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri olduğunu düşünür".
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"KTMT ilə BMT arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən razıyıq. Biz Əfqanıstana diqqət yetirməklə regional məsələlər üzrə koordinasiyanın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk", - deyə nazir müavini bildirib.

Verşinin sözlərinə görə, birliyin BMT-nin sülh əməliyyatlarında iştirakı üçün lazımi hüquqi baza artıq formalaşıb.

Diplomat vurğulayıb ki, BMT ilə KTMT arasında əməkdaşlıqda müsbət meyillərin və onun praktiki nəticələrinin BMT Baş Assambleyasının ənənəvi qətnaməsində əks olunması vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru