ABŞ və Çin XİN rəhbərləri gələn həftə görüşə bilər

20-07-2024, 15:58           
ABŞ və Çin XİN rəhbərləri gələn həftə görüşə bilər
"ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Laosda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşmək niyyətindədir".

Bu barədə Amerikanın xarici siyasət idarəsinin rəhbəri Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.

Blinken çinli həmkarı ilə tez-tez təmasda olub-olmaması ilə bağlı suala belə cavab verib: "Onunla olduqca müntəzəm danışıram. Gələn həftə Laosda görüşəcəm".

"Bizim razılaşa bilmədiyimiz məsələlərlə bağlı ünsiyyəti davam etdirə bilməyimiz də vacibdir", - ABŞ dövlət katibi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru