Bu ölkədə 3 ildən sonra öküz döyüşləri keçirilməyəcək
23-07-2024, 13:09
Kolumbiya Prezidenti Qustavo Petro öküz döyüşünü qadağan edən qanunu imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, qanun 2027-ci ildən qüvvəyə minəcək. Qanunun gec qüvvəyə minməsinin səbəbi isə öküz döyüşləri ilə məşğul olan insanlara yeni fəaliyyət tapmağa imkan yaradılmasıdır.