KİV: "ABŞ 2025-ci ilin sentyabrında qoşunlarını İraqdan çıxarmağa başlayacaq"

12-08-2024, 12:18           
KİV: "ABŞ 2025-ci ilin sentyabrında qoşunlarını İraqdan çıxarmağa başlayacaq"
İraqın xarici işlər naziri Fuad Hüseyn və ABŞ dövlət katibi Entoni Blinken sentyabrda beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasının başa çatması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İraq XİN-in rəhbəri gələn ay amerikalı həmkarı ilə birgə mətbuat konfransı zamanı müvafiq bəyanatla çıxış etmək üçün Vaşinqtona səfər edəcək.

"İraq Kürdüstanı istisna olmaqla, beynəlxalq hərbi koalisiya qüvvələrinin İraqdan çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq", - deyə nəşr yazıb və İraq Kürdüstanından çıxarılmasının 2026-cı ilin sentyabrına planlaşdırıldığını qeyd edib.

İlin əvvəlində məlum olub ki, İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın ölkədən çıxarılması prosesinə başlayır. Bunu İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ hərbçilərinin Bağdadda nüfuzlu sərkərdə Müştəqə əl-Cəvarın ölümü ilə nəticələnən hava hücumundan sonra deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru