Bloomberg: Avstriya Rusiya qazının tədarükünü dayandırmağı risk hesab edir

14-08-2024, 12:04           
Bloomberg: Avstriya Rusiya qazının tədarükünü dayandırmağı risk hesab edir
Avstriyanın Energetika Nazirliyi Ukraynanın Kursk vilayətindəki Sudja qazölçmə stansiyasının yaxınlığındakı hücumları fonunda Rusiya qazının qəfil dayandırılması halında ölkə iqtisadiyyatı üçün böyük risk yaşanacağını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Nə qədər ki, Rusiya qazından asılılıq var, bu risk ehtiva edir. Biz Avstriyanın Rusiya qazından asılılığına ən qısa zamanda son qoymalıyıq və bu, böyük fəsadlarla nəticələnəcək", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Avstriya iqtisadiyyatı böyük ölçüdə Qazprom-un yanacaq idxalından asılı olaraq qalır və bu, ölkənin ixracyönümlü ağır sənayesini gücləndirməyə davam edir.

"Bloomberg"in məlumatına görə, 2026-cı ilə qədər Rusiyadan tədarüklər qəfil dayanarsa və Avstriya yanacağın İtaliya üzərindən daşınmasını təmin edə bilməsə, respublikanın qaz ehtiyatları anbar həcminin 15%-ə qədər azala bilər. Avropa ölkələri arasında Avstriya Rusiyanın enerji resursları ilə ən uzunmüddətli əlaqələrdən birini saxlayır.

Bundan əvvəl Avstriyanın hakim koalisiyası 2027-ci ilə qədər Rusiya qazının dayandırılmasını respublikanın yeni təhlükəsizlik strategiyasına daxil etməyə razılaşıb. Son hesablamalara görə, Avstriya boru kəmərlərində Rusiya təbii qazının payı 80-90% təşkil edir. 2018-ci ilin iyununda "Qazprom Export" və "OMV Gas Marketing & Trading GmbH" arasında Rusiya təbii qazının Avstriyaya tədarükünə dair mövcud müqavilənin 2040-cı ilə qədər uzadılması haqqında saziş imzalanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.