ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı 174 milyard dollardan çox vəsait ayırıb

16-08-2024, 07:25           
ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı 174 milyard dollardan çox vəsait ayırıb
ABŞ Konqresi 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri müxtəlif ehtiyaclar üçün 174,19 milyard dollar ayırıb.

“Report”un məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Dövlət Departamentinin və Pentaqonun baş müfəttişlərinin ofislərinin birgə hesabatında deyilir.

Xüsusilə, bu vəsaitlər Ukraynaya hərbi, büdcə, humanitar, inkişaf, eləcə də NATO müttəfiqlərinə və digər tərəfdaş ölkələrə təhlükəsizlik yardımlarına, ABŞ-ın Avropada gücləndirilmiş hərbi mövcudluğunu və fəaliyyətini təmin etmək, həmçinin Kiyevə silah göndərən ABŞ və digər ölkələrin hərbi ehtiyatlarını artırmaq üçün maliyyələşməyə yönəldilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru