ABŞ Ukrayna ordusunun Kurskda hərbi əməliyyatlar keçirməsinə qarşı olmasa da, bir sıra silahlarından bu bölgədə istifadə olunmasına razılıq verməyib. Tribunainfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Ağ Evdəki rəsmilərə istinadən verilən məlumatda deyilir ki, ABŞ xüsusən Kursk vilayətində ATACMS raketlərindən istifadə edilməsinin əleyhinədir. Vaşinqton hesab edir ki, həmin raketlərdən Krımda istifadə olunması daha vacibdir. ABŞ rəsmiləri həmçinin onu da qeyd ediblər ki, ATACMS raketlərindən istifadəyə qadağa qoyulması heç də Rusiyadan çəkinməklə bağlı deyil. Sadəcə, bu qərarın verilməsinə səbəb həmin raketlərin məhdud sayda olmasıdır.