Ukrayna Rusiyada strateji körpünü darmadağın etdi - 700-ə yaxın hərbçi...
17-08-2024, 11:54
Ukrayna ordusu Kursk vilayətində Seym çayı üzərindəki körpüyə zərbə endirib.
Sozcu.az xəbər verir ki, teleqram kanallarında yayılan məlumatları vilayət qubernatorunun müşaviri Roman Alekhin bildirib.
"Kursk bölgəsi. Qluşkovo. Seym çayı üzərindəki körpü Ukrayna Silahlı Qüvvələri tərəfindən dağıdılıb. Düşmən Qluşkovski rayonunun Zvannoye kəndindəki körpüyə də zərbələr endirir”, - o, teleqramında yazıb.
Rusiya mediası və teleqram kanallarının yazdığına görə, körpünün dağıdılması nəticəsində 20-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Həmçinin qeyd edilir ki, Seym üzərindəki körpü həmin ərazidəki rus qoşunlarının əsas təchizat yolu olub.
İddialara görə, körpü HIMARS və ya MLRS raketləri ilə vurulub. Mətbuatda, həmçinin zərbələreən sonra 700-ə yaxın rusiyalı hərbçinin mühasirəyə alınması barədə də xəbərlər yayılıb.