“Ölkəmizin təhlükəsizliyi üçün Əl Qaidə və İŞİD-i məhv edəcəyik” – Obama

10-09-2016, 23:39           
“Ölkəmizin təhlükəsizliyi üçün Əl Qaidə və İŞİD-i məhv edəcəyik” – Obama
Bizi bölməyə çalışanlara əsla təslim olmayacağıq

“Əl Qaidə və İŞİD kimi terror təşkilatlarına qarşı fasiləsiz mübarizə aparırıq. Ölkəmizin təhlükəsizliyi üçün onları məhv edəcəyik”.
“Report” xəbər verir ki, bu sözlər ABŞ prezidenti Barak Obamanın 2001-ci ilin 11 sentyabr hadisələrinin 15-ci ildönümü münasibətilə yayılan bəyanatında yer alıb.
Ağ Evdən yayılan yazılı açıqlamada Barak Obamanın ABŞ-da 11 sentyabr hadisələrində dünyasını dəyişənlərin sayğı ilə anması vurğulanıb.
Ötən 15 ildə çox şeyin dəyişdiyini qeyd edən Obama “11 sentyabr hücumlarını təşkil edən Əl Qaidə liderinin məhv olunduğunu bildirib.
O, vurğulayıb ki, terrorçuların yeganə məqsədi Amerika dəyərlərini məhv etməkdir.
“Bizi bölməyə çalışanlara əsla təslim olmayacağıq” –deyən ABŞ prezidenti terrorçulara qarşı mübarizəni davam etdiriləcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru