Liviya Mərkəzi Bankı fəaliyyətini dayandırıb

19-08-2024, 12:14           
Liviya Mərkəzi Bankı fəaliyyətini dayandırıb
İnformasiya texnologiyaları departamentinin direktorunun naməlum şəxslər tərəfindən qaçırılması ilə əlaqədar Liviya Mərkəzi Bankı fəaliyyətini dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata görə, departamentin direktoru Musab Müsəllim avqustun 18-də səhər saatlarında evindən oğurlanıb. Həmçinin Mərkəzi Bankın bir sıra digər yüksəkvəzifəli şəxslərinin də adam oğurluğu ilə hədələndiyi qeyd olunub. Buna görə də Mərkəzi Bank bütün departamentlərinin fəaliyyətini dayandırdığını və Musab Müsəllim azad edilənə qədər işə başlamayacaqlarını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru