Rusiyadan OPEK-ə alternativ addım:neft qiymətləri artmağa başlayıb – Təhlil

11-09-2016, 11:04           

Andrey Bortsov

politrussia.com, 11.09.2016
Qeyd edildiyi kimi, Rusiya və Səudiyyə Ərəbistanının energetik sahədə “sıx qarşılıqlı fəaliyyətin zərurəti” haqda birgə bəyanat imzalamasını OPEK-ə hipotetik alternativ saymaq olar və neft bazarındakı durum vəziyyətin sonrakı inkişafını gözləyir.

Neft və qaz sahəsində əməkdaşlıq üzrə Rusiya və Səudiyyə Ərəbistanı işçi qrupunn toplantısı oktyabra nəzərdə tutulub. Bəs birbaşa indi nə baş verir?

Dünyada ən iri neft hasilatçılarının (Rusiya və Səudiyyə Ərəbistanı dünyada neft satışının ümumi həcminin 20%-ə sahibdir) digər ixracatçıların reaksiyasını doğurmaya bilməzdi. Həm də neftin aşağı qiymətinin uzun dövründən təzyiq arqumenti kimi nə qədər istifadə etməyə çalışsalar da, baş tutmadı. Görünür, liberallar “neft-qaz iynəsi” haqda artıq hamını boğaza yığmış ritoprikadan çıxış edirdilər.

Rusiya energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanı ilə razılaşma xüsusunda bəyanatı sadəcə elə-belə verməyib: “Bizim koordinasiyamızın bazarda sabitliyin təminatı üçün kritik önəmi var”.

Və həqiqətən də, artıq indidən durumun sabitləşməsi gözə dəyir. Ölkələr üzrə qısa icmal verək.

İrandan nisbətən ümidverici məlumatlar gəlir. Yerli neft idarəçiləri ölkənin özü üçün rahat gündəlik 4,2-4,3 milyon barrel səviyyəsində neft hasilatında təkidli olsalar da, İslam respublikası fakt üzrə hasilat artımını kəskin şəkildə dayandırıb. Orada iyunda gündə 3,64 milyon barrel neft hasil edildiyi halda avqustda 3,63 milyon barrel hasil edilib. Həm də İran, ənənəyə əsasən, hasilatın dondurulması ideyasına qarşı heç vaxt çıxış etməyib və Əlcəzairin bir barrel neftin qiymətinin 50-60 dollar səviyyəsində müəyyən edilməsi təklifi ilə artıq razılaşıb.

Qeyd etmək lazımdır ki, inşasına Rusiyanın yardım etdiyi “Buşehr-1” AES İran üçün manevr məkanı verir. İranın atom enerjisi üzrə Təşkilatının rəhbəri Əliəkbər Salehi aydınlaşdırır:

“Bir barrel neftin qiymətini cüzi 40 dollardan götürsək, enerji blokunun işi İrana 440 milyon dollar gətirib. Nəzərə alınsa ki, stansiyanın saxlanması və idarə edilməsi xeyli ucuz başa gəlir, blokun istismarından gəlir olduqca böyükdür”.

Yeri gəlmişkən, “Rosatom” Səudiyyə Ərəbistanında da 16 AES-in inşası üçün müqavilə bağlamağa hazırdır.

Bəhreyn kralı Həmid bin İsa əl-Xəlif Moskva səfəri zamanı mühüm saziş imzalayıb. Xüsusən də neft-qaz kəşfiyyatı və hasilatı məqsədilə geofiziki araşdırmalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin STQ (sıxılmış təbii qaz-tərc.) üzrə “Qazprom”la “NOQA Holdinq” arasında qarşılıqlı anlaşma haqda memorandumu. Bəhreyn eyni zamanda Rusiya və Səudiyyə Ərəbistanının qəbul etdiyi qərarı dəstəkləyir.

Ticari-iqtisadi və elmi, xüsusən də hərbi əməkdaşlıq üzrə sazişlər də eyni dərəcədə önəmlidir. Bəhreyn kralı “Ordu-2016” beynəlxalq forumuna baş çəkib və “Triumf” S-400 zenit-raket komplekslərini xeyli bəyənib.

Hətta krallığın xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Muhəmməd əl-Xəlifə yüksək səviyyədə danışıqların yekunu üzrə mətbuat konfransında əlamətdar açıqlama verib: “Suriyada sabitliyin əldə edilməsi üzrə Rusiyanın oynadığı rol fərəh doğurur”.

Görünür, Bəhreyn Suriya üzrə Rusiya, Suriyanın özü, İran və hazırda Türkiyənin də daxil olmaq istədiyi qeyri-formal alyansa qoşulmaq haqda ciddi şəkildə fikirləşir. Bu bildirir ki, Rusiya “yumşaq qüvvə” siyasətindən istifadə etməyi tam şəkildə mənimsəyib.

Forumun sahibi Əlcəzairə gəlincə isə, energetika naziri Nurəddin Butrəf də ölkələr arasında qarşılıqlı anlaşmanın mövcudluğundan danışıb: “Biz OPEK üzvləri və baş katibi ilə əlaqə saxlayırıq və bu, konsensus əldə edilməsi üzrə işimizin tərkib hissəsidir və mən bu barədə nikbinəm. Sabitləşməni Səudiyyə Ərəbistanı, Qətər, İran, Venesuela, Küveyt, həmçinin OPEK-ə daxil olmayan Rusiya dəstəkləyir”.

Yuxarıda deyildiyi kimi, hətta hasilatın əvvəlki səviyyəyə qalxmasına təkid edən İran da kəskin ittiham doğurmayıb: “Biz Əlcəzairdə deyirik ki, İranın neft hasilatını artırmaq və onu öz səviyyəsinə çatdırmaq hüququ var. Lakin digər tərəfdən o, hansı faydanı götürür? Bu, İranın da marağındadır. Bu mövzunun müzakirəsini davam etdirir və nəticəyə çatmağa ümid edirik. İran deyib ki, 50 və 60 dollar civarında qiymətlər məqbul olacaq, lakin bu qiymətlər hasilatın səviyyəsi ilə bağlıdır”.

Adətən, hasilatı artırmaq istəyən və satışla bağlı problemi olmayan İraq da bu sazişə qoşulmağın əleyhinə deyil. İraq State Oil Marketing Organization dövlət şirkətinin başçısı Fəlah Əlamri 2017-ci ildə neft hasilatının növbəti artımı planlarından danışaraq eyni zamanda neft hasilatının dondurulması bazarı sabitləşdirərsə, bununla razılaşıb. Rusiya və Səudiyyə Ərəbistanının mövqeyinə dəstəkdən həmçinin OPEK baş katibi Muhəmməd Barkindo, Qətər və Əlcəzairin energetika nazirləri danışıblar.

Və hətta son zamanlar neft erhtiyatı yığmış və Rusiyanın tab gətirməyəcəyini gözləyən ABŞ da gücdən düşüb. Trampın energetika üzrə müşaviri Harold Hamm Amerika şirkətlərinin artıq azalan hasilat səviyyəsini göstərərək qiymətlərin artması məqəsdilə neft hasilatının məhdudlaşdırılması ideyasını müdafiə edib:

“Hesab edirəm ki, razılığa gəlməyin vaxtıdır. Amerika istehsalçıları hasilatı artıq azaldıb, biz öz işimizi gördük. Belə ki yekunda hasilatın dondurulmasını həyata keçirmək faydalıdır”.

Bu cür yekdillik neft qiymətlərini artıq yüksəldib.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.