İsrail ordusu Xan Yunisdə əməliyyat sahəsini genişləndirib

20-08-2024, 08:35           
İsrail ordusu Xan Yunisdə əməliyyat sahəsini genişləndirib
İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis və anklavın mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərlərində əməliyyat ərazilərini genişləndirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu ərazilərdə qoşunlar quruda və yeraltında terrorçuları və terrorçuların döyüş komplekslərini məhv edir", - ordunun mətbuat xidməti qeyd edib.

Hərbçilər əlavə ediblər ki, bu komplekslərdən birində onlarla raket buraxılış qurğusu və bir neçə tank əleyhinə raket aşkar edilib.

Bundan əlavə, bu ərazidə qoşunlar təxminən 1,5 km uzunluğunda yeraltı tunel aşkar edərək məhv ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru