İsrail öz əsgərlərini vurdu – Ölən və yaralananlar var

20-08-2024, 11:08           
İsrail öz əsgərlərini vurdu –
İsrail ordusu bu gün səhər saatlarında Qəzza zolağına hava hücumu zamanı öz əsgərlərinin yerləşdiyi binanı vurub.
Bu barədə İsrail ordusundan açıqlama verilib.
Bildirilir ki, hava qüvvələrinə aid F-15 təyyarəsi səhər saat 06:30 radələrində Xan Yunus bölgəsinə hücum təşkil edib. Atılan raketlərdən biri texniki problem səbəbindən hədəfə alınan əraziyə doğru getməyib, əvəzində İsrail əsgərlərinin yerləşdiyi çoxmərtəbəli binaya düşüb. Sözügedən binanın hədəf alınan nöqtədən 300 metr aralıda olduğu bildirilib.
Açıqlamada hücumda 1 İsrail əsgərinin öldüyü, 3-ü ağır olmaqla 6 əsgərin yaralandığı qeyd edilib.\\Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru