Kurskda 92 yaşayış məntəqəsinə nəzarət edirik - Zelenski

20-08-2024, 15:14           
Kurskda 92 yaşayış məntəqəsinə nəzarət edirik - Zelenski
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində 92 yaşayış məntəqəsinə nəzarət edir.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski diplomatik nümayəndəliklərin rəhbərlərinin görüşündə deyib.

O qeyd edib ki, Ukraynanın nəzarət etdiyi ərazinin ümumi sahəsi 1250 kvadrat kilometrdən çoxdur.

"Mövqelərimiz gücləndirilir, müəyyən edilmiş ərazilər sabitləşdirilir və Ukrayna üçün mübadilə fondu doldurulur. Ümumiyyətlə, bu əməliyyat ukraynalıların rus əsirliyindən azad edilməsi prosesinə ən böyük sərmayəmiz oldu - biz artıq bir əməliyyatda ən çox rus məhbusu ələ keçirmişik”, - Zelenski deyib.

Qeyd edək ki, ötən həftənin sonunda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kursk vilayətində 82 yaşayış məntəqəsinə nəzarət etdiklərini açıqlayıb.

Ukrayna ordusunun hissələrinin daxil olduğu Kursk vilayətinin Sudjanski, Korenevski və Qluşkovski rayonlarında ümumilikdə 186 yaşayış məntəqəsi var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.