Mask Trampın müşaviri olacaq?

20-08-2024, 12:18           
Mask Trampın müşaviri olacaq?
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək prezident seçkisində qalib gəldiyi təqdirdə, sahibkar İlon Maskın ABŞ administrasiyasına qoşulmasını istəyir.

Tramp "Reuters"ə verdiyi müsahibədə bildirib ki, əgər Ağ Evə qayıtsa, Maskın ABŞ administrasiyasının rəhbəri və ya kabinet üzvü vəzifəsini qəbul etməyə hazır olduğu halda, ona bu vəzifələri təklif etməyi planlaşdırır.

Qeyd edək ki, iyul ayında Trampa sui-qəsd cəhdindən sonra Mask seçki mübarizəsində ona açıq dəstək vermişdi.

Prezident seçkisi ölkədə noyabrın 5-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru