Sabiq prezident aldığı təqaüddən narazıdır

20-08-2024, 16:30           
Sabiq prezident aldığı təqaüddən narazıdır
Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski (1995-2005) prezident təqaüdünün az olmasından və əlavə pul qazanmaq məcburiyyətində olduğundan şikayətlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə gazeta.pl-a Kvasnevskinin özü məlumat verib.

“Hazırda bu təxminən 12 min zlotı (təxminən 3117 dollar) təşkil edir. Bunun da təbii ki, vergiləri ödənilməlidir. Bunlar elə məbləğlər deyil – mənim böyük ailəm var – bu kifayət deyil. Ona görə də əlavə pul qazanmaq lazımdır”– deyə Kvasnevski bildirib.

Sabiq dövlət başçısı əlavə edib ki, o, təkcə maddi səbəblərə görə yarımştat işləyir.

Qeyd edək ki, ilin yanvarında 1990-1995-ci illərdə prezident vəzifəsində çalışmış Nobel Sülh Mükafatı laureatı Lex Valesa maddi sıxıntılarından şikayətlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru