Konqo meymunçiçəyi ilə mübarizəyə 49 milyon dollar ayıracaq

21-08-2024, 11:54           
Konqo meymunçiçəyi ilə mübarizəyə 49 milyon dollar ayıracaq
Konqo hökuməti Mpox (meymunçiçəyi) xəstəliyi ilə təcili mübarizə tədbirlərinə 49 milyon dollar ayırmağı planlaşdırır.

Bunu ölkənin səhiyyə naziri Samuel Roje Kamba deyib.

“Hökumət Mpox ilə mübarizəyə 49 milyon dollar ayırmağa qərar verib. Bu məbləğə Mpox-a qarşı peyvəndin alınması xərcləri daxil deyil”, - nazir qeyd edib.

Kamba əlavə edib ki, virusun yayılmasının qarşısını almaq məqsədilə yaxın vaxtlarda ölkədə 3,5 milyon insan peyvənd edilməlidir və peyvəndin alınması üçün 600 milyon dollar lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.