Dollar bütün dünyada bahalaşmağa başladı

12-09-2016, 01:09           

Son açıqlamalar və inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsi dolların bahalaşmasına səbəb olub.

Avropa Mərkəzi Bankının (AMB) qərarları və AMB sədri Mariyo Draginin şərhlərindən sonra dollar yüksəlməyə başlayıb.

Avropanın vahid valyutası dollar qarşısında 0,21% dəyər itirərək 1,1235 EURO/USD-yə bərabər olub.

ABŞ milli valyutası Yapon yeni qarşısında da bahalaşıb. Belə ki, dollar yenə nisbətdə 0,23% möhkəmlənərək 102,72-yə (USD/JPY) yüksəlib.

Azərbaycan milli valyutası isə son olaraq dollara nisbətdə möhkəmlənib. Hazırda 1 dollar 1,6390 AZN-ə bərabərdir. (baku.ws)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru