Bayden: “Napoleondan bəri Avropa Rusiyaya qorxmadan baxmayıb”
21-08-2024, 11:08
ABŞ Prezidenti Demokratlar Partiyasının milli qurultayında keçmiş dövlət katibi Henri Kissincerdən sitat gətirib
ABŞ Prezidenti Co Bayden Çikaqoda Demokratlar Partiyasının milli qurultayında keçmiş dövlət katibi Henri Kissincerdən sitat gətirib. AYNA xarici mediaya istinadən bildirir ki, Baydenin sözlərinə görə, Fransa imperatoru “I Napoleon Bonapartdan bəri Avropa Rusiyaya qorxmadan baxmayıb”.
Konvensiya qarşısında çıxış edən Bayden NATO-nu gücləndirmək üçün Avropa dövlət başçıları ilə təxminən 190 saat vaxt keçirdiyini deyib. O əlavə edib ki, bu vəzifə Finlandiya və İsveçin alyansa daxil olması ilə tamamlanıb.
“Ölümündən 10 gün əvvəl Henri Kissincer zəng edərək dedi ki, Napoleonun dövründən bəri Avropa Rusiyaya qorxmadan baxmayıb”, - Prezident vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Demokratlar Partiyasının Çikaqoda keçirilən qurultayında iştirak edənlər Baydenin çıxışı zamanı arenanı tərk ediblər.