Zelenski milyonlarla insanın Ukraynanı tərk etdiyini etiraf edib
21-08-2024, 17:54
Zelenski ölkədən gedən ukraynalıları "Rusiya təbliğatının təsiri altında" olmaqda ittiham edib. Ukraynanı rekord sayda əhali tərk edib. Bunu Ukrayna lideri Vladimir Zelenski, Zelenskinin "Telegram" kanalında yayımlanan bəyanatda etiraf edib. Zelenski bəyan edib ki, "Ukraynanın heç vaxt" xaricdə bu qədər vətəndaşı olmayıb. Onun sözlərinə görə, söhbət milyonlarla insandan gedir. O, ölkədən gedən ukraynalıları "Rusiya təbliğatının təsiri altında" olmaqda ittiham edib. Eyni zamanda, Zelenski yeni "qurum"un yaradıldığını elan edib. Onun vəzifəsi ukraynalıların xaricdəki ümumi maraqlarını qorumaq olacaq. Bu "qurum" Xarici İşlər Nazirliyinin bəzi funksiyalarını öz üzərinə götürəcək. "Milyonlarla insanımız başqa ölkələrdədir. Onların Ukrayna ilə əlaqələri və münasibətləri, bir millət olaraq maraqlarımızın qorunması - bütün bunlar yeni qurumun məsuliyyəti olacaq", - Zelenski şikayət edib. Daha əvvəl bildirilmişdi ki, Zelenski muzdlular üçün vətəndaşlıq qanununa baxılmasını sürətləndirməyə çağırıb.