İsrail ordusu Livanın şərqini atəşə tutub, 30 nəfər yaralanıb

22-08-2024, 00:08           
İsrail ordusu Livanın şərqini atəşə tutub, 30 nəfər yaralanıb
İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralanaların sayı 30 nəfərə çatıb, ölənlərin sayı dəyişməyib.

Bu barədə “Al Wataniya” milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var”, - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl “Al Mayadeen” telekanalı İsrail ordusunun Bekaa vadisini atəşə tutması nəticəsində ən azı bir nəfərin öldüyünü, daha 20 nəfərin isə yaralandığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru