Üç ölkədən şok addım: Qəzzada atəşkəslə bağlı danışıqlar prosesi dayandırıldı

22-08-2024, 15:08           
Üç ölkədən şok addım: Qəzzada atəşkəslə bağlı danışıqlar prosesi dayandırıldı
Qəzza zolağında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi qismində çıxış edən Misir, Qətər və ABŞ nümayəndə heyətləri danışıqlar prosesinə fasilə vermək qərarına gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "EFE" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar qeyri-müəyyən müddətə dayandırılıb, bərpa üçün heç bir tarix yoxdur.

ABŞ, Qətər və İsraildən olan nümayəndə heyətlərinin üzvləri artıq danışıqların aparıldığı Qahirəni tərk ediblər. Fələstinin Həmas hərəkatı isə öz növbəsində son günlər məsləhətləşmələrdə ümumiyyətlə iştirak etməyib.

Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfər edib. O, İsrail və fələstinlilərin Qəzzada məskunlaşmanın ABŞ variantı ilə razılaşmasını təmin etməyə çalışıb. Lakin danışıqlarda irəliləyiş əldə olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.