Rusiyanın beynəlxalq valyuta ehtiyatları həftə ərzində 5,9 milyard dollar artıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.
“Beynəlxalq ehtiyatlar 2024-cü il avqustun 16-na olan məlumata görə, beynəlxalq valyuta ehtiyatı 5,9 milyard dollar və ya 1% artaraq 609,9 milyard dollar təşkil edib”, – nəşr bildirib.
Qeyd edilir ki, ehtiyatlar əsasən müsbət yenidən qiymətləndirmə hesabına artıb.