İsrail hərbi kəşfiyyatının rəhbərindən etiraf
23-08-2024, 09:28
Aharon Haliva ölkənin sərhədlərini qoruya bilməməsinə görə məsuliyyəti öz üzərinə götürüb
İsrail hərbi kəşfiyyatının vəzifəsindən istefa verən rəhbəri Fələstinin radikal HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu zamanı ölkənin sərhədlərini qoruya bilməməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
AYNA xarici mediaya istinadən bildirir ki, 38 il orduda xidmət etmiş general-mayor Aharon Haliva aprel ayında təqaüdə çıxacağını açıqlamışdı. O, İsrail tarixindəki ən ölümcül hücumu qabaqcadan görüb qarşısını ala bilmədiklərini söyləyən bir neçə yüksək səviyyəli İsrail komandirlərindən biri idi.
Haliva təqaüdə çıxma mərasimində "Kəşfiyyat uğursuzluğu mənim günahımdır" deyib.
O, İsrail və HƏMAS arasında müharibəyə səbəb olan səbəbləri "incələmək" və "dərindən anlamaq" üçün milli araşdırmaya çağırıb.
7 oktyabr hücumu HƏMAS kimi silahlı Fələstin qrupları tərəfindən faktiki olaraq məğlubedilməz hesab edilən İsrail hərbi və kəşfiyyat xidmətlərinin reputasiyasına xələl gətirib.