Minnesota qubernatoru Tim Valz Demokratlar partiyasının vitse-prezidentliyə nominasiyasını qəbul etdi VİDEO

23-08-2024, 16:14           
Minnesota qubernatoru Tim Valz Demokratlar partiyasının vitse-prezidentliyə nominasiyasını qəbul etdi  VİDEO
Minnesota qubernatoru Tim Valz Demokratlar Milli Qurultayının üçüncü günündə partiyasının vitse-prezidentliyə nominasiyasını qəbul etdi.

Demokratların Çikaqoda keçirilən milli qurultayının üçününcü günündə açılış çıxışını edən nyu-cersili ABŞ Senatoru Kori Buker gecənin əsas mövzusunu vurğuladı.

“Üçüncü gecəyə xoş gəldiniz və bu gecə azadlıq barədə olacaq,” o dedi.

Bəzi natiqlərə reproduktiv hüquqlar, ətraf mühit məsələri və sərhəd təhlükəsizliyi kimi məsələlərlə bağlı danışmağa imkan verilsə də, diqqətin böyük hissəsi Demokratların dediyi kimi, noyabr ayındakı seçimə yönəldi.

“Kamala Harris xalq üçün...digər şəxs isə birinci dəfədən də çox bunun özü haqqında olduğunu sübut etdi,” sabiq Prezident Bill Klinton dedi.

Sabiq Prezident Bill Klinton bu gecənin ən gözlənilən natiqlərindən biri oldu. 1972-ci ildən bəri Demokratların bütün qurultaytlarında iştirak edən Klinton nə üçün Vitse-prezident Kamala Harrisin prezident olmaq üçün ən yaxşı seçim olduğunu düşündüyünü izah etmək məqsədilə özünün Ağ Evdəki təcrübəsindən misal çəkdi.

“Kamala Harris bizim problemlərimizi həll etməyə, fürsətlərimizi ələ keçirməyə, qorxularımızı azaltmağa və hər bir amerikalının səs verdikləri zaman arzularının arxasında getmək imkanına malik olmasına çalışacaq,” sabiq Prezident Bill Klinton dedi.

Ancaq Demokratlar üçün ən əsas məqam partiyasının vitse-prezidenliyə nominasiyasını qəbul edən Minnesota qubernatoru Tim Valzın çıxışı oldu.

“Birləşmiş Ştatların vitse-prezidentliyinə nominasiyası qəbul etmək mənim həyatımın şərəfidir,” Valz dedi.

Qurultayda iştirak edən və onu televizyadan izləyən bir çoxları üçün Valzın nitqi bir növ tanışlıq idi.

“Mən Nebraskanın 400 sakini olan Butte şəhərində böyüyüb başa çatmışam. Mənim orta məktəb sinifimdə 24 uşaq var idi və onların heç biri Yelə getməyib. Amma deyə bilərəm ki, bu cür kiçik bir şəhərdə böyüyəndə bir-birinizin qayğısına qalmağı öyrənirsən,” o dedi.

Ordu veteranı, keçmiş müəllim və orta məktəbdə futbol və basketbol məşqçisi olan Valz keçmişinin bu hissələrinin onu siyasət həyatına necə hazırladığını vurğuladı.

“Məni Konqresə namizədliyimi irəli sürməyə ilhamlandıran həmin oyunçular və tələbələrim oldu. Onlar məndə mənim onlara təlqin etməyi ümid etdiyim şeyi gördülər: ümumi rifaha sadiqlik, bu həyatı birlikdə yaşadığımıza dair anlayış və tək bir insanın qonşuları üçün real dəyişiklik yarada biləcəyinə dair inam,” Tim Valz dedi.

Sonuncu natiq olaraq Vlaz gecənin əsas mövzusu olan “azadlığı” xüsusi vurğuladı.

“Amma Demokratlar azadlıq haqqında danışanda, biz özünüz və sevdiyiniz insanlar üçün daha yaxşı həyat qurmaq azadlığını nəzərdə tuturuq. Öz sağlamlığınıza bağlı qərarlar vermək azadlığı və uşaqlarınızın koridorda vurularaq öldürülmək qorxusu olmadan məktəbə getmək azadlığını,” o bildirdi.

Demokratlar qurultayı cümə axşamı əsas məqamla - Vitse-prezident Kamala Harrisin partiyanın nominasiyasını qəbul nitqi ilə başa vuracaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.