Kamala Harris: Baş komandan olaraq mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm

23-08-2024, 12:20           
Kamala Harris: Baş komandan olaraq mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm
ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib.

Bu barədə o, Demokratların Çikaqoda keçirilən Milli Qurultayında "The New York Times" tərəfindən yayımlanan çıxışı zamanı bildirib.

"Baş komandan olaraq mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm", - Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razılaşdığı tədbirdə deyib.

Prezidentliyə namizəd həmçinin İsrail, Ukrayna və NATO müttəfiqlərini dəstəkləyəcəyini vəd edib .

Harris Respublikaçı rəqibi Donald Trampı Amerika demokratiyası üçün ciddi təhlükə yaradan “ciddi adam” adlandırıb.
publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru