Ukraynanın Avropaya enerji ixracını bərpa edəcəyi tarix açıqlanıb
23-08-2024, 18:19
Ukrayna avqustun 25-dən Avropaya elektrik enerjisi ixracını bərpa edəcək.
APA-nın “unian“a istinadən xəbərinə görə, bu barədə ölkənin əsas elektroenergetika operatoru olan “Ukrenerqo”dan məlumat verilib.
Bildirilib ki, avqustun 22-dən etibarən ölkədə havanın temperaturunun azalması nəticəsində elektrik enerjisi istehlakının azalması, habelə atom-elektrik stansiyalarından birində təmir işlərinin yekunlaşması, habelə Günəş enerjisi stansiyalarının aktiv şəkildə fəaliyyət göstərməsi xüsusilə də axşam saatlarınadək elektrik enerjisinin həcmində profisit yaradıb:
“Bununla əlaqədar olaraq 24 avqust tarixindən etibarən Rumıniya, Macarıstan və Moldovaya elektrik enerjisinin ixracının təmin edilməsi üçün hərrac keçiriləcək. Bu isə ukraynalı enerji istehsalçılarına abonentlərə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağa kömək edəcək”.