Norveç Ukraynaya artilleriya mərmiləri istehsal etməyə kömək edəcək
24-08-2024, 09:23
Norveç Ukraynaya Ukrayna ərazisində artilleriya mərmiləri istehsal etməyə kömək etməyə hazırdır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Hökumət Norveç müdafiə texnologiyasının Ukraynaya ötürülməsi üçün qapını açıb və Norveç maliyyələşdirməyə kömək etməyə hazırdır. Beləliklə, Norveç-Finlandiya silah istehsalçısı Nammo tərəfindən hazırlanmış artilleriya mərmiləri Ukraynada istehsal oluna bilər", - deyə məlumatda bildirilir.
"Nammo Ukraynada 155 mm-lik artilleriya mərmilərinin lisenziyalı istehsalının yaradılmasına kömək etmək üçün müqavilə bağlayıb", - məlumata əlavə edilib.
Daha əvvəl bildirilmişdi ki, Nammo Norveç hökumətindən aldığı 1 milyard kron (indiki məzənnə ilə 94 milyon dollar) dəyərində müqavilə sayəsində artilleriya mərmilərinin istehsalını 10 dəfə artırmaq niyyətindədir.