ABŞ Rusiya almazlarının müəyyən kateqoriyalarının idxalına icazə verib

24-08-2024, 10:44           
ABŞ Rusiya almazlarının müəyyən kateqoriyalarının idxalına icazə verib
ABŞ 2025-ci il sentyabrın 1-dək Rusiya almazlarının müəyyən kateqoriyalarının idxalına icazə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı yenilənmiş ümumi lisenziyada deyilir.

Sənəddən bəlli olur ki, Birləşmiş Ştatlar Rusiya almazlarının "Rusiya Federasiyasının hüdudlarından kənarda yerləşdiyi və müəyyən müddətdən sonra Rusiya Federasiyasından ixrac edilmədiyi və ya yenidən ixrac edilmədiyi təqdirdə" 2025-ci il sentyabrın 1-dək idxalına icazə verir.

Bundan əlavə, Birləşmiş Ştatlar 2024-cü il martın 1-dək Rusiya Federasiyasının hüdudlarından kənarda yerləşdiyi və bu müddətdən sonra ölkədən ixrac edilmədiyi və ya təkrar ixrac edilmədiyi təqdirdə, almaz zinət əşyalarının ölkəyə idxalına icazə verən ümumi lisenziya verib.

Bu ilin fevralında Amerika hakimiyyəti martın 1-dən Rusiyadan çeşidlənməmiş brilyant və brilyant zinət əşyalarının idxalına qadağa qoyulacağını bəyan edib. Bundan əlavə, üçüncü ölkələrdə emal edilib-edilməməsindən asılı olmayaraq, bu il martın 1-dən çəkisi 1 karat və daha çox, sentyabrın 1-dən isə 0,5 karat və daha çox olan qeyri-sənaye almazlarının Rusiyadan ABŞ-yə idxalına qadağa qoyulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.