Fələstin Səhiyyə Nazirliyi: Dərmanların 60 faizi TÜKƏNDİ

25-08-2024, 08:14           
Fələstin Səhiyyə Nazirliyi: Dərmanların 60 faizi TÜKƏNDİ
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına qarşı davam edən müharibəsi və sərhəd qapılarını bağlaması nəticəsində əsas dərman siyahısının 60 faizinin və tibbi ləvazimatların 83%-nin tükəndiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada xəstəxana və səhiyyə ocaqlarında ciddi dərman və tibbi ləvazimat çatışmazlığının olduğu bildirilib və görünməmiş dərman və tibbi ləvazimat böhranının xəstələrin və yaralıların həyatına ciddi təsir edəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Açıqlamada, nazirliyin anbarlarında əsas dərman siyahısının 60 faizinin və tibbi istehlak materiallarının 83 faizinin tükəndiyi, bunun müalicə xidmətlərinin tamamilə dayanmasına səbəb olacağı və ən vacib xidmətlərin dayandırılma riski ilə üzləşdiyi qeyd edilib.

Bəyanatda Birləşmiş Millətlər təşkilatlarına və digər beynəlxalq qurumlara vəziyyətə tez bir zamanda müdaxilə etmək, lazımi dərman və tibbi ləvazimat ehtiyaclarını ödəmək çağırışı edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.