Fransada antisemitizm üç dəfə artıb

25-08-2024, 10:44           
Fransada antisemitizm üç dəfə artıb
Fransa hakimiyyəti 2024-cü ilin birinci yarısında antisemitizmlə bağlı 887 cinayət qeydə alıb.

Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin eyni dövründə 304 antisemitizm təzahürü hadisəsi baş verib.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerald Darmanin ölkə daxilində sinaqoqların və yəhudi icma mərkəzlərinin yaxınlığında təhlükəsizliyin artırılması barədə göstəriş verib.

Xatırladaq ki, bu gün Fransanın Ero departamentində sinaqoq qarşısında iki avtomobil yandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru