"Fransa dünyaya öz tiran təbiətini göstərdi" - Florian Filippo

26-08-2024, 12:44           
"Fransa dünyaya öz tiran təbiətini göstərdi" - Florian Filippo
Siyasəçtçi qeyd edib ki, Rəqəmsal Xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar basqılara təkan verir.
Fransa teleqramın həmtəsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün “tiran təbiətini” dünyaya nümayiş etdirdi.
Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
"Bu, çox ciddidir, Fransa dünyaya öz tiran təbiətini göstərdi. Senzura görüntüsü. Rəqəmsal Xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar basqılara təkan verir. Sual verirəm: əgər "X" sosial şəbəkəsinin sahibi İlon Mask Fransaya gəlsə, onu eyni şəkildə saxlamaq və həbsə atmaq olarmı?” - o, paylaşımda yazıb.
Qeyd edək ki, teleramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru