ABŞ-ın dövlət borcu rekord həddə çatıb

26-08-2024, 15:44           
ABŞ-ın dövlət borcu rekord həddə çatıb
Rusiya isə adambaşına düşən dövlət borcunun ən aşağı səviyyəsinə malik dünyanın üç ən böyük iqtisadiyyatı sırasında yer alıb.
ABŞ-ın artan dövlət borcu qlobal miqyasda ölkənin iqtisadi mövqeyini təhdid edir.
Bu barədə “Fox Business” yazıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə görə, hazırkı dövlət borcu artıq 35 trilyon dolları keçib. Növbəti onillikdə isə bu rəqəmin rekord həddə - 54 trilyon dollara çatacağı proqnozlaşdırılıb.
Borc yükünün artmasına səbəb olan əsas amillər dövlət xərclərinin kəskin artması və dövlət borcları üzrə faiz dərəcələrinin artmasıdır ki, bu da ona xidmətin bahalaşmasına səbəb olur.
Eyni zamanda məlum olub ki, 2024-cü ilin birinci yarısının nəticələrinə görə Rusiya Federasiyası adambaşına düşən dövlət borcunun ən aşağı səviyyəsinə malik dünyanın üç ən böyük iqtisadiyyatı sırasında yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru