FSB Bişkek terrorunu törədənləri açıqladı

13-09-2016, 20:41           
FSB Bişkek terrorunu törədənləri açıqladı
Bişkekdə Çin səfirliyi qarşısında baş verən teraktı Tacikistan, Çin və Rusiya vətəndaşları təşkil ediblər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, ordu generalı Sergey Smirnov söyləyib.

Onun sözlərinə görə, bu teraktın təşkilatçılarının müəyyən edilməsi üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin xüsusi xidmət orqanları ilə iş aparılır.

Qeyd edək ki, bundan öncə Çinin Qırğızıstandakı səfirliyi önündə partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, üç nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru