“Alfa”nın eks-komandiri qəribə qəzada öldü

13-09-2016, 20:46           

Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin eks-komandiri Yuri Torşin ölüb.

Axar.az xəbər verir ki, Torşin motosikletinin qəzaya düşməsindən sonra vəfat edib.

Onun motosikleti Çeçenistan Prezidenti Ramzan Kadırovun şəxsi mühafizəsinin rəisi Əbuzeyd Vismuradovun motosikleti ilə toqquşub. Vismuradov hazırda xəstəxanaya yerləşdirilib və kəllə-beyin travması alıb.

Qeyd edək ki, Torşin Əfqanıstan müharibəsi, MDB-nin müxtəlif konflikt zonalarındakı savaşlarda, Çeçenistan müharibələrində iştirak edib. O, həmçinin çeçen mücahidlərinin qətlində əsas aktiv iştirakçılardan biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru