Kobaxidze Gürcüstanın Avropadakı bir sıra səfirlərini vəzifələrdən azad edib

27-08-2024, 12:08           
Kobaxidze Gürcüstanın Avropadakı bir sıra səfirlərini vəzifələrdən azad edib
Gürcüstan hökuməti İsveçrə və Böyük Britaniyadakı səfirləri, habelə ölkənin BMT, NATO və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndələrini tutduqları vəzifələrdən azad edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.

Sərəncama əsasən, Viktor Dolidze Gürcüstanın NATO-dakı nümayəndəsi, Revaz Lominadze İsveçrə Konfederasiyasında səfir vəzifəsini tərk edir. Aleksandr Maisuradze BMT və digər beynəlxalq təşkilatların Cenevrədəki ofislərində daimi nümayəndə vəzifəsindən azad edilib.

Sofo Katsarava Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri və Beynəlxalq Dəniz Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsini tərk edib.

Gürcüstan Xarici İşlər Nazirliyi bunu diplomatların səlahiyyət müddətinin başa çatması və planlaşdırılan rotasiya ilə əlaqədar olduğunu açıqlayıb.

Xatırladaq ki, bu ilin mayında Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili Qərb tərəfdaşları ilə münasibətlərdə yaranan fəsadlar fonunda istefa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru