Hindistan hakimiyyəti “Telegram” tətbiqi ilə bağlı araşdırmaya başlayıb. Bu barədə “Moneycontrol” portalı məlumat yayıb.
Qeyd olunur ki, tətbiq qəsb və qumar kimi cinayət fəaliyyətləri ilə əlaqəyə görə bloklana bilər. Hindistan siyasətçiləri mesencer üzərində nəzarəti gücləndirməyə çağırırlar.
Şirkət ölkə qanunlarına əməl etdiyini iddia edir və Hindistanın tələblərinə riayət edilməsi üçün əməkdaş təyin edib, lakin yerli hökumət şirkətin ölkədə ofisinin olmadığını qeyd edir. Yoxlama ilə bağlı xəbərlər Pavel Durovun “Telegram”la əlaqədar cinayət fəaliyyətində şübhəli bilinərək Fransada həbsindən sonra ortaya çıxıb.
Xatırladaq ki, daha əvvəl Durovun həbsindən sonra bir neçə Fransa hökumət saytı kiberhücumlara məruz qalmışdı.