Kanada Çindən idxal edilən elektrikli avtomobillərə 100% rüsum tətbiq edəcək

27-08-2024, 12:23           
Kanada Çindən idxal edilən elektrikli avtomobillərə 100% rüsum tətbiq edəcək
Kanada hökuməti Çində istehsal olunan elektrik avtomobillərinə 100 faiz idxal rüsumu tətbiq edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "CBC" telekanalı Baş nazir Castin Trüdonun bəyanatına istinadən məlumat yayıb.

Kanada 2024-cü il oktyabrın 1-dən Çin elektrik avtomobillərinin idxalına görə əlavə 100% vergi tutmağa başlayacaq. Yeni rüsumlar tam elektriklə işləyən avtomobillərin və bir sıra hibridlərin, həmçinin yük maşınlarının, avtobusların və çatdırılma xidməti üçün istifadə edilən furqonların idxalına şamil ediləcək. Bundan əlavə, Trüdo Kanadanın Çin polad və alüminiumuna 25% rüsum tətbiq edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru