ABŞ və İsrail on illik hərbi yardım haqqında yekun razılıq əldə edib.
Axar.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, razılaşmaya əsasən, ABŞ İsrailə 38 milyard dollar həcmində yardım göstərəcək. Bu, rəsmi Tel-Əvivə indiyə qədər ayrılan ən yüksək məbləğ hesab edilir.
Qeyd edək ki, İsrail ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqidir.