İraq “Hizbullahı” Orta Asiyaya sızdı

27-08-2024, 16:46           
İraq “Hizbullahı” Orta Asiyaya sızdı
İraqda fəaliyyət göstərən, “Kətaeb Hizbullah” adı ilə tanınan, lakin SEPAH-ın Qüds Qoşunlarının əsas hissəsi kimi qəbul edilən təşkilat Orta Asiyaya sızıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “İran İnternational” kanalı məlumat yayıb.
Bildirilir ki, “Kətaeb Hizbullah” SEPAH Qüds Qüvvələrinin dəstəyi ilə Özbəkistan və Qazaxıstanda yəhudi mərkəzlərinə qarşı son terror aktlarına görə məsuliyyət daşıdıqlarını açıqlayıblar. “Əvvəllər İraq və Suriyada fəaliyyət göstərən “Kataeb Hizbullah”, indi SEPAH-ın dəstəyi ilə Orta Asiyada fəaliyyət göstərir”.
Qeyd edək ki, bu silahlı dəstə Özbəkistan və Qazaxıstanda Seyid Həmid əl-Taciki kimi tanınan Məhəmməd Əli Burhanov adlı Tacikistan vətəndaşı vasitəsilə terror fəaliyyətləri həyata keçirib. Məlumatda deyilir ki, Burhanov və dəstəsi Mərkəzi Asiyada SEPAH-ın 400-cü Qüds Qüvvələrinin və Hüseyn Rəhmani kimi yüksək vəzifəli şəxslərin nəzarəti altında fəaliyyət göstərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru