Harris və Tramp ilk üz-üzə görüşlərinin şərtləri üzərində mübahisə edir

28-08-2024, 09:04           
Harris və Tramp ilk üz-üzə görüşlərinin şərtləri üzərində mübahisə edir
ABŞ prezidentliyinə iki namizəd - Demokratlar Partiyasından vitse-prezident Kamala Harris və onun Respublikaçı rəqibi, keçmiş prezident Donald Tramp heç vaxt bir-birləri ilə görüşməyib və hətta danışmayıblar, lakin onlar sentyabrın 10-a planlaşdırılan ilk üz-üzə görüşlərinin şərtləri üzərində mübahisə edirlər.

Hər iki kampaniya Filadelfiyanın şərqindəki ABC News-da 90 dəqiqəlik milli televiziya debatına razılıq verib. Şərtlər Trampın iyunun sonunda prezident Co Baydenlə müzakirəsi ilə eynidir, yəni digər namizəd danışarkən mikrofon sönməlidir. Harris indi müzakirə boyu mikrofonların açıq saxlanmasını istəyir.

Bu, iki namizəd arasında daha canlı, birbaşa mübadilələrə və ya çarpaz söhbətə gətirib çıxara biləcək bir hərəkətdir ki, milyonlarla tamaşaçı namizədlərin rəqib fikirlərini eşitməkdə çətinlik çəkəcək.

Harris kampaniyasının sözçüsü Brian Fallon "Trampın təşkilatçıları səssiz mikrofona üstünlük verirlər, çünki namizədlərinin təkbaşına 90 dəqiqə prezident kimi davrana bilməyəcəyini düşünürlər" deyib.

Onun sözlərinə görə, Harris “Trampın daimi yalanları və fasilələri ilə real vaxt rejiminə hazırdır. Tramp səssiz düymənin arxasında gizlənməyi dayandırmalıdır”.

Tramp bazar ertəsi jurnalistlərə bunun onun üçün böyük bir şey olmadığını ifadə edib: “Biz eyni qaydalar üzərində razılaşdıq. Bilmirəm, mənim üçün fərqi yoxdur. Razılaşma ondan ibarət idi ki, hər şey keçən dəfəki kimi olacaq. O vaxt mikrafonlar söndürülürdü”.

Tramp öz Truth Social platformasında bazar günü axşam etdiyi paylaşımda deyib ki, ABC debatında ola bilsin ki, iştirak edə bilməyəck. O, kanalın bazar günü yayımlanan tok-şousunu "Trampa nifrət edənlər qrupu" adlandıraraq, narazılığını ifadə edib və ritorik şəkildə soruşub: "Niyə bu kanalda Kəmalə Harrisə qarşı debat keçirməliyəm?" O, davamçılarına “izləyin” deyib.

İyunun 27-də Tramp-Bayden debatı 2024-cü il prezidentlik kampaniyasında əsas rol oynayıb. 81 yaşlı Bayden danışığında büdrəməsi, fikir ardıcıllığını itirməsi və Trampa birbaşa etiraz edə bilməməsi Konqresdəki Demokratik müttəfiqlərinin onun seçki kampaniyasından əl çəkməsi çağırışlarına səbəb olub.

İyulun 21-də o, namizədliyini geri götürərək Harrisi dəstəkləyib. Harrisin namizədliyi Demokratlar Partiyasının əsas rəsmiləri tərəfindən tez bir zamanda təsdiqlənib.

Tramp prezident olanda Harris Nümayəndələr Palatasında onun illik hesabat məruzələrində iştirak edirdi, lakin Trampın danışdığı kürsüdən bir qədər aralıda otururdu.

Əvvəlki əksər televiziya debatlarında hər iki əsas partiya namizədi üçün mikrofonlar susdurulurdu. Harris məqsədinə nail olsa və debat müddətində mikrofonlar açıq saxlanılsa, çox güman ki, namizədlər arasında sivil mübadilə perspektivi azalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.