Tramp pencəyinin parçalarını paylayacağına söz verib

28-08-2024, 16:44           
Tramp pencəyinin parçalarını paylayacağına söz verib
ABŞ prezidentliyinə namizəd Donald Tramp hazırkı Prezident Co Baydenə qarşı debat zamanı geyindiyi pencəyin parçalarını alıcılara paylayacağını vəd edərək yeni NFT kartları yaradıb.

Bu barədə lenta.ru məlumat yayıb.

"Hər bir fiziki kartda prezidentlik debatında geyindiyim kostyumun orijinal parçası var", - o, "Truth Social" hesabında yazıb.

O əlavə edib ki, bu aksiya 15 və daha çox kart alanlara şamil olunacaq.

Bir NFT kartının qiyməti 99 dollardır (168.3 manat). Ödəniş bank kartı və ya kriptovalyuta vasitəsilə həyata keçirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru