Yüksək uçot dərəcələri Avrozonada kredit istifadəsini məhdudlaşdırır

29-08-2024, 00:08           
Yüksək uçot dərəcələri Avrozonada kredit istifadəsini məhdudlaşdırır
Yüksək uçot dərəcələri Avrozonada həm şirkətlərin, həm də istehlakçıların zəif borclanmasına səbəb olmaqda davam edir.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) iyul ayı üçün açıqladığı korporativ və istehlak kreditləri üzrə aylıq dəyişikliklərə görə, iyun ayında illik bazda 0,7% artan korporativ kreditlər iyul ayında 0,6% artıb.

İstehlak kreditləri də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5%-lik artım göstərib.

İyulda geniş pul kütləsi illik bazda 2,3% artaraq analitiklərin 2,7%-lik gözləntisindən aşağı olub.

İyun ayında geniş pul kütləsi 2,2% artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru