ABŞ-nin neft ehtiyatları həftə ərzində 0,8 milyon barel azalıb

29-08-2024, 09:54           
ABŞ-nin neft ehtiyatları həftə ərzində 0,8 milyon barel azalıb
ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 0,8 milyon barel azalaraq avqustun 23-nə 425,2 milyon barel təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Departament aydınlaşdırıb ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 4% aşağı olub.

Bakı vaxtı ilə saat 18:36-da Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 1,19% azalaraq 78,9 dollar/barelə, WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri isə 1,14% azalaraq 74,8 dollar/barel təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru