Polşada rekord məbləğdə müdafiə xərcləri ilə bağlı dövlət büdcəsi layihəsi qəbul edilib

29-08-2024, 09:58           
Polşada rekord məbləğdə müdafiə xərcləri ilə bağlı dövlət büdcəsi layihəsi qəbul edilib
"Polşa hökuməti 2025-ci il dövlət büdcəsi layihəsini hərbi xərclərə 186 milyard zloti (təxminən 48,3 milyard dollar) ayırmaqla təsdiqləyib".

Bu barədə "DoRzeczy" internet portalı məlumat yayıb

Qeyd edilib ki, planlaşdırılan müdafiə xərcləri bu günə qədərk "rekord" göstəricidir.

Polşanın Baş naziri layihəni "yenidənqurma və güc büdcəsi" adlandırıb. O, həmçinin bildirib ki, büdcədə iqtisadi artım 3,7%, illik inflyasiya isə 4,1% nəzərdə tutulub.

Hökumətin planlarına əsasən, 2025-ci ilin sonunda ölkədə işsizlik 4,9%, iqtisadiyyatda əmək haqqının orta artımı isə 7,1% təşkil etməlidir.

Hökumət tərəfindən təsdiqləndikdən sonra büdcə layihəsi parlamentə, daha sonra imzalanmaq üçün ölkə Prezidenti Anjey Dudaya göndəriləcək, bundan sonra qanuni qüvvəyə minəcək












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.