Rumıniya Moldovanın Curculeşti limanının alınması ilə bağlı danışıqlara başlayır

29-08-2024, 12:34           
Rumıniya Moldovanın Curculeşti limanının alınması ilə bağlı danışıqlara başlayır
Rumıniya hökuməti Moldovanın Dunay çayındakı Curculeşti limanının alınmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə danışıqların başlanmasına icazə verən memorandumu təsdiqləyib.

Bu barədə hökumətin mətbuat xidmətinin nümayəndəsi Mixay Konstantinin açıqlamasında deyilir.

“Nazirlər Kabinet Nəqliyyat və İnfrastruktur Nazirliyinə tabe olan, Konstansa qeydiyyatlı “Sea Ports Authority” milli şirkəti vasitəsilə Rumıniya dövlətinin Moldova Respublikasının Curculeşti Beynəlxalq Azad Limanında yerləşən və EBRD-yə məxsus “Dunaube Logistics” şirkətinin səhmlərinin alınması ilə bağlı bankla danışıqlara başlanmasını təsdiqləyib. Memoranduma əsasən, bankla bu səhmlərin alınması ilə bağlı danışıqlara başlamaq üçün komissiya yaradılacaq. Alış baş tutarsa, “Sea Ports Authority” milli şirkəti tərəfindən təmsil olunan Rumıniya dövləti Curculeşti limanı üzərində çox böyük nəzarət hüququ əldə edəcək”, – o deyib.

Konstantin vurğulayıb ki, söhbət Rumıniyanın Konstansa limanını Avropanın bu hissəsində mühüm yükdaşıma qovşaqlarından birinə çevirmək üçün yük axınının optimallaşdırılmasından gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru